REGİONLAR


İsmayıllı arıçıları 61 ton bal istehsal edib

İsmayıllı, 14 avqust, AZƏRTAC

İsmayıllı rayonunda bal istehsalı başa çatıb və arıçılar cari mövsümdə bəslədikləri arı ailələrindən 61 ton bal götürüblər.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il istehsal olunan bal məhsulu ötən ildəkindən 1,2 ton çoxdur.

Qeyd edək ki, arıçılıq İsmayıllıda inkişaf etməkdədir. Peşəkar arıçıların da sayı ildən-ilə artır. Hazırda rayonda 7 min 180 arı ailəsi vardır ki, bu keçən ilki göstəricidən 50 ailə artıqdır. Bu gün hər biri 100-200 arı ailəsi bəsləyən İslam Fətullayev, Müşviq Hüseynov, İvan Kazakov, Akif Abdullayev kimi onlarca peşəkar arıçılar ailə büdcələrinə yaxşı gəlir gətirən arıçılıqla məşğuldur.

Arıçılar istehsal etdikləri balı əsasən yerli bazarlarda satırlar. Hər il Bakı şəhərində keçirilən bal yarmarkasına orta hesabla 6-8 ton bal çıxarılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.