REGİONLAR


İsmayıllı gəncləri respublika və beynəlxalq yarışlarda uğurlu nəticələr qazanırlar

İsmayıllı, 6 mart, AZƏRTAC İsmayıllıda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə rayonun idmançı və məşqçi müəllimləri ilə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlin önünə gül dəstələri qoyublar.

Heydər Əliyevi Mərkəzində karantin rejimi qaydaları gözlənilməklə təşkil olunan tədbirin iştirakçıları burada İsmayıllı idmançılarının respublika və beynəlxalq yarışlarda qazandıqları mükafatların sərgisi ilə tanış olublar.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon icra hakimiyyətinin başçısı 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə iştirakçıları təbrik edib, Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğısını qeyd edərək bildirib ki, bu gün Azərbaycan dünyada tanınan idman dövlətlərindən biridir.

Tədbirdə idmanın müxtəlif növləri üzrə rayonda yaradılan mövcud şəraitdən, İsmayıllı gənclərinin respublika və beynəlxalq yarışlarda qazandıqları uğurlardan danışılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.