REGİONLAR


İsmayıllı gəncləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

İsmayıllı, 10 dekabr, AZƏRTAC

İsmayıllıdan olan bir qrup gənc ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə Bakıya gələrək, Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib. Ziyarətçilər Ümummilli Liderin məzarı önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Bakıdan yenicə qayıdan rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elmi Məmmədli AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Ulu öndər Heydər Əliyevin əziz xatirəsi biz gənclərin qəlbində daim yaşayacaq. Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənclərə etibar edib, ona böyük qüvvə kimi baxıb, Azərbaycanın gələcəyini biz gənclərdə görüb. Bu, bizim üzərimizə böyük məsuliyyət qoyur”.

Elmi Məmmədli vurğulayıb ki, İsmayıllı gəncləri ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yola daim sadiq olub və bu istiqamətdə Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri məsuliyyətlə yerinə yetirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.