REGİONLAR
İsmayıllı rayonun mərkəzi kitabxanasında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
İsmayıllı, 25 fevral, AZƏRTAC
İsmayıllı rayon Mərkəzi Kitabxana Sisteminin mərkəzi kitabxanasının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin birgə təşkilatçılığı ilə əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar "Xocalı soyqırımı - XX əsrin faciəsi" adlı dəyirmi masa keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərkəzi kitabxananın oxu zalında təşkil edilən tədbirin iştirakçıları əvvəlcə "Tarixin qan yaddaşı" adlı sərgi ilə tanış olublar.
Dəyirmi masada soyqırımı faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda ermənilərin işğalçılıq siyasəti, azərbaycanlılara qarşı törətdikləri qətliamlar və Xocalı soyqırımı barədə ətraflı danışılıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən vəhşiliklər barədə bəhs olunaraq vurğulanıb ki, bir gecədə 613 dinc sakin qətlə yetirilib. Onlardan 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri isə qoca olub. Faciə zamanı 487 dinc sakini ağır yaralanıb, 1275 nəfər girov götürülüb.
Çıxış edənlər ermənilərin vəhşiliklərinə son qoyulacağı, qəsbkarların torpaqlarımızdan qovulacağı günün heç də uzaqda olmadığına əminliklərini bildiriblər.