REGİONLAR


İsmayıllı rayonunda 13850 ton kartof yığılıb

İsmayıllı, 23 oktyabr, AZƏRTAC 

İsmayıllı rayonunda kartof yığımı başa çatıb. Sahələrdən 13 min 850 ton məhsul götürülüb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayonda ənənəvi sahə olan kartofçuluq son illər dinamik inkişaf edir. Builki mövsümdə bölgədə 935 hektarda, o cümlədən 220 hektar sahədə intensiv becərmə texnologiyalar ilə kartof əkilib. Əkin sahələri keçən illə müqayisədə 50 hektar çox olub. Bu il istehsal olunan məhsul da ötən ildəkindən 3435 ton çoxdur. Kartof sahələrinin hər hektarından məhsuldarlıq 148,1 sentnerə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.