Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

İsmayıllı rayonunda 9 ayda sənayedə 51,5 faiz artım qeydə alınıb

İsmayıllı, 22 oktyabr, AZƏRTAC

2018-ci ilin doqquz ayı İsmayıllı rayonu üçün yaddaqalan hadisələrlə zəngin olub. Belə ki, avqustun 25-26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bölgəyə tarixi səfər ediblər. Səfəri zamanı Prezident Keyvəndi kəndinin ərazisində “AZZA AGRO” MMC-nin istifadəyə verilən müasir heyvandarlıq kompleksinin, Keyvəndi-Bəhliyan avtomobil yolunun, Kürdmaşı kəndi ərazisində “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın, "Azərxalça” ASC-nin İsmayıllı filialının, yenidənqurma və bərpadan sonra Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun, İsmayıllı şəhərində yenidənqurmadan sonra istifadəyə verilən 110/35/10 kilovoltluq yarımstansiyanın açılışında, yeni salınan 22 kilometr uzunluğunda Dəmirçi-Lahıc avtomobil yolunun, Lahıc qəsəbəsində yeni inşa olunan 400 şagird yerlik tam orta məktəb binasının və Lahıc qəsəbəsinə təbii qazın verilməsinin açılışında iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sətirlər İsmayıllıda cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilən hesabat yığıncağında səsləndirilib. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun məruzəsində, eləcə də çıxışlarda ölkə başçısının bölgələrə, o cümlədən İsmayıllıya göstərdiyi diqqət və qayğı minnətdarlıq hissi ilə qeyd olunub. Vurğulanıb ki, Prezident İlham Əliyev İsmayıllıya səfərindən dərhal sonra rayonda yeni xalça istehsalı emalatxanasının tikintisi üçün “Azərxalça ASC-yə 2,4 milyon manat, İsmayıllı Rayon İcra Hakimiyyətinə 100 yerlik yeni uşaq bağçasının tikilməsi məqsədilə 1,5 milyon manat, İsmayıllı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yeni yaşayış binasının tikintisi üçün 3 milyon manat, İvanovka kənd Mədəniyyət Sarayının təmiri üçün 2,5 milyon manat vəsaitin ayrılması barədə müvafiq Sərəncamlar imzalayıb.

Məruzə və çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin müəyyən etdiyi sosial və iqtisadi siyasət, tövsiyə və tapşırıqlar 2018-ci ilin ötən dövrü ərzində İsmayıllıda da uğurla həyata keçirilib. Doqquz ay ərzində faktiki qiymətlərlə 193 milyon 33 min manat məbləğində ümumi məhsul istehsal olunub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 25 milyon 994 min manat çoxdur. İqtisadiyyatın əsas sahələrində, o cümlədən sənayedə 51,5 faiz, kənd təsərrüfatında 2,2 faiz, tikinti-quraşdırma işlərində 55,1 faiz və sair artım əldə edilib. Hesabat dövründə əsas kapitala 60 milyon 296 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15 milyon 976 min manat və ya 1,4 dəfə çox investisiya qoyulub.

2018-ci ilin doqquz ayında rayonda dövlət vəsaiti və sahibkarlar tərəfindən geniş miqyasda tikinti-quruculuq və abadlıq işləri görülüb. Belə ki, yaşayış evləri, istehsal və sosial təyinatlı obyektlər inşa olunub, şəhərdaxili küçələr abadlaşdırılıb, yollara asfalt örtüyü vurulub, ictimai yaşayış binalarında təmir işləri aparılıb.

Hesabat yığıncağında rayon iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sektorda uğurlu nəticələr qazanıldığı konkret faktlarla diqqətə çatdırılıb. Bu il hər hektardan 36,6 sentner olmaqla 79 min 286 ton buğda, 29,8 sentner olmaqla 20 min 723 ton arpa məhsulu toplanıb.

2019-cu ilin məhsulu üçün 25,4 min hektar sahədə şum çıxarılıb, 7,8 min hektar sahədə isə payızlıq buğda və arpa səpini aparılıb, səpin-əkin işləri davam etdirilir.

Hesabat ilində rayon ərazisində tütün əkin sahələri keçən illə müqayisədə artırılaraq 22 hektara çatdırılıb. Tütünçülük sahəsində 56 ailə işlə təmin olunub, qəbul məntəqəsinə 11 tondan artıq quru tütün təhvil verilib. Tütün tədarükü davam etdirilir.

Baramaçılıq rayonumuzda 2016-cı ildə bərpa edilib. Təkcə cari ildə isə 130 qutu baramaqurdu toxumundan 3899,9 kiloqram barama istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 1042 kiloqram çoxdur.

Ölkəyə daha çox valyuta gətirən və ixracyönümlü kənd təsərrüfatı məhsulu hesab edilən fındıq istehsalının artırılması istiqamətində rayonda son illərdə müəyyən işlər görülüb. Qarşıya qoyulan əsas vəzifə fındıq bağlarının sahəsini 2 min hektara çatdırmaqdır. Cari ilin yazında 502 hektar sahədə yeni fındıq bağları salınıb. Payız və növbəti ilin yaz aylarında daha 500 hektar sahədə fındıq bağlarının salınması nəzərdə tutulub.

Heyvandarlıq kənd təsərrüfatının mühüm sahəsidir. Hazırda rayonda 51 min 474 baş iribuynuzlu mal-qara, 178 min 630 baş qoyun-keçi, 278 min 100 baş quş var. Doqquz ayda heyvandarlıq məhsulları üzrə bütün göstəricilər əvvəlki ilə nisbətən artıb.

Heyvandarlığın sənaye təməli üzərinə keçirilməsi və iri heyvandarlıq təsərrüfatının yaradılması istiqamətində son illər rayonda mühüm işlər görülür. Belə ki, Keyvəndi kəndində “AZZA AQRO” MMC tərəfindən inşa edilən iri heyvandarlıq kompleksi istifadəyə verilib. Bu kompleksdə heyvandarlıq məhsullarının istehsalı və emalı istiqamətində böyük layihələr həyata keçiriləcək.

Hesabat yığıncağında arıçılığın, meyvəçiliyin, tərəvəzçiliyin inkişafı, yol infrastrukturunun yaxşılaşdırılması, təhsil, səhiyyə və mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahələrində görülən işlərdən, habelə qarşıda duran vəzifələrdən ətraflı danışılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb