REGİONLAR


İsmayıllı rayonunda kartof yığımına başlanılıb

İsmayıllı, 7 iyun, AZƏRTAC

İsmayıllı rayonunun cənub ərazilərində kartof yığımına başlanılıb, artıq yerli və ətraf rayonların bazarlarına təzə məhsul çıxarılır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 976 hektar sahədə kartof əkilib. Əkin sahələri ötən ildəkindən 6 hektar çoxdur. Məhsul ilkin olaraq rayonun cənub ərazilərində, o cümlədən Qubaxəlilli, Kəlbənd, Kürdmaşı kəndlərində yığılır. Ailə fermer təsərrüfatları və fiziki şəxslər tərəfindən artıq 30 tondan çox kartof tədarük olunub.

Qeyd edək ki, ötən il bölgədə 14 min 482 ton kartof istehsal edilib. Cari mövsümdə bu göstəricinin 15 min tona çatacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.