CƏMİYYƏT


İsmayıllı rayonunda narkomanlıq probleminə dair treninq təşkil olunub

Bakı, 27 oktyabr, AZƏRTAC

Narkomanlıq probleminə dair treninq və tədbirlərin davamı oktyabrın 27-də İsmayıllı rayon ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün təşkil olunub.

Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə və Şəxsi Heyətlə İş idarələrinin, Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Treninqlərdən əvvəl şəhər üzrə müvafiq komissiyanın üzvləri ilə görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki kömək göstərilməklə yanaşı, zəruri əyani təbliğat materialları ilə təmin olunublar.

“Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda keçirilən treninqlərdə iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb və onlara elektron informasiya daşıyıcısında zəruri təbliğat materialları paylanılıb.

Treninqdə iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar və zəruri əyani vəsaitlər təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.