REGİONLAR


İsmayıllı rayonunda payızlıq taxıl səpini başa çatır

İsmayıllı, 27 noyabr, AZƏRTAC 

İsmayıllı rayonunda payızlıq taxıl səpini kampaniyası yekunlaşmaq üzrədir və artıq 28 min hektara yaxın sahədə əkin aparılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, növbəti ilin məhsulu üçün 28 min 500 hektardan çox şum aparılıb. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 min hektaradək çoxdur. Artıq rayonun dağlıq və dağətəyi zonalarında səpin başa çatıb. Payızlıq səpində Qubaxəlilli, Qalagah, Soltankənd, Hacıhətəmli və Tircan kəndləri öndə gedir. Noyabr ayının sonuna kimi bu mühüm kampaniyanın başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.

Taxılçılar ötən il əldə olunan məhsuldarlığı qorumaq üçün cari mövsümdə də səpin zamanı yüksək reproduksiyalı toxumlardan və səpinlə birlikdə fosforlu gübrələrdən istifadə ediblər. Keçən il rayon üzrə orta məhsuldarlıq 36 sentnerə, bəzi təsərrüfatlarda isə 55-60 sentnerə çatmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.