ELM VƏ TƏHSİL


İsmayıllı rayonunun toponimləri öyrənilir

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda İsmayıllı rayonunun toponimləri öyrənilir və Şahdağ Milli Parkının turizm imkanları tədqiq olunur. Bu məqsədlə institutun elmi işçisi Emil Cəbrayılov və dissertantı Vüqar Bəndəliyev ötən ay rayonun Talıstan, Sədiyan, Güyüm və Diyallı kəndlərində elmi-tədqiqat işləri aparıblar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqatçılar yerli əhali ilə sorğular keçirib, yer adları ilə bağlı xalq deyimlərini öyrəniblər. Ərazidə onlarla toponim və mikrotoponimlər qeydə alınıb.

Milli parkın ərazisində yerləşən VII əsrə aid Cavanşir qalasının və Qaranohur gölünün turizm potensialı araşdırılıb, bu tarixi və təbiət abidələrinə olan turizm marşrutları dəqiqləşdirilib. Müəyyən edilib ki, abidələrə qalxan cığırlar yaxşılaşdırılmalı, həmçinin təhlükəsizlik tədbirləri artırılmalıdır. Sədiyan kəndindən şimal istiqamətdə meşə yanğınının baş verdiyi ərazidə təbii meşəbərpa prosesinin getdiyi müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.