REGİONLAR
İsmayıllı sakini çayda boğularaq ölüb VİDEO
İsmayıllı, 24 mart, AZƏRTAC
İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Aşıqbayramlı kəndinin ərazisində bu gün saat 10:30 radələrində baş verib. Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Vaqif Böyükağa oğlu Zahidov ehtiyatsızlıqdan yaşadığı evin yaxınlığından keçən kiçik dağ çayına düşüb. Çaya yıxılan V.Zahidov köməksiz vəziyyətdə qalıb və boğularaq ölüb. Onun cəsədi sudan çıxarılaraq ailəsinə təhvil verilib. Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olublar.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:31]
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]