REGİONLAR


İsmayıllı taxılçıları biçin kampaniyasını başa çatdırıblar

İsmayıllı, 23 iyul, AZƏRTAC

İsmayıllı rayonunda taxıl biçini kampaniyası başa çatıb, zəmilərdən 106 min 417,2 ton məhsul istehsal olunub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 2020-ci ilin payızında 22719 hektarda buğda, 7705 hektarda isə arpa əkilmişdi. Biçinə mütəşəkkil hazırlıqla başlanıldığından bu mühüm kampaniya uğurla başa çatıb. Hər gün zəmilərə 150-dən çox kombayn çıxarılırdı. Taxılçılar yüksək məhsuldarlığa nail olublar. Hər hektardan 31,6 sentner məhsul götürülüb. Bu il istehsal olunan məhsul ötənilki göstəricidən 2085,2 ton çoxdur.

Qeyd edək ki, hazırda taxılçılıqla məşğul olan fermerlər və fiziki şəxslər gələn ilin bol məhsulu üçün fəaliyyətə başlayıblar. Belə ki, payızda əkiləcək taxıl sahələri üçün yay şumu çıxarılır. Hər gün sahələrdə 30-40 şum traktoru işləyir. Artıq 10 min hektara yaxın ərazidə şum qaldırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.