REGİONLAR
Ağsunun Kəndaxan kəndi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb - YENİLƏNİB
Ağsu, 22 avqust, AZƏRTAC
Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağsu rayonu Kəndaxan kəndi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətindən 5 ədəd texnika və 30 nəfər şəxsi heyət, Mülki müdafiə qoşunlarından 4 ədəd texnika və 41 nəfər şəxsi heyət cəlb olunub.
Əlavə məlumat veriləcək.
X X X
17.10
Avqustun 22-də gündüz saat 14 radələrində Ağsu rayonunun Kəndaxan kəndinə yaxın, İsmayıllı və Ağsunun sərhəd ərazisində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Ağsu yanğından mühafizə hissəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, hadisə yerində hazırda 2-si İsmayıllı yanğından mühafizə hissəsinə məxsus olmaqla 4 yanğınsöndürən avtomobili və hər iki rayondan 50-yə yaxın canlı qüvvə çalışır.