CƏMİYYƏT


İsmayıllı və Hacıqabul rayon sakinlərində silah aşkarlanaraq götürülüb

Bakı, 4 may, AZƏRTAC

İsmayıllı və Hacıqabul rayonlarının sakinlərində silah aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Çəmənli kənd sakini T.Haşımovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Bundan başqa, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Şorbaçı kənd sakini S.Cəfərovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.