REGİONLAR


İsmayıllı: yeni tədris ilinə nümunəvi hazırlıq növbəti uğurlara zəmin yaradır

İsmayıllı, 15 avqust, AZƏRTAC 

İsmayıllı rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir. Bununla əlaqədar həftədə bir dəfə rayon məktəbləri üzrə hazırlığın monitorinqi keçirilir, nəticələr müzakirə olunur, növbəti günlər üçün tədbirlər müəyyənləşdirilir.

Rayon Təhsil Şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qarşıdakı dərs ilində İsmayıllıda 46 tam, 23 ümumi orta və 10 ibtidai məktəb fəaliyyət göstərəcək. Ümumtəhsil məktəblərində 12060 nəfər şagird oxuyacaq.

Məktəblərin kadr təminatı ümdə məsələ kimi diqqətdə saxlanılır. Bu məqsədlə Təhsil Nazirliyinə 80 müəllim yeri vakansiya verilib. Hazırda həmin yerlərə seçim gedir. Artıq bütün dərsliklər gətirilib və məktəblərə paylanılır.

Qeyd edək ki, İsmayıllı təhsilində qazanılan uğurlar həm də təhsil şəraitinin ildən-ilə yaxşılaşdırılması və maddi bazasının möhkəmləndirilməsi ilə bağlıdır. Basqal qəsəbəsində tikilən 432 yerlik, Gəraybəyli kəndində inşa olunan 320 yerlik, Uştalqışlaq və Girk kəndlərində quraşdırılan modul tipli məktəb binaları bu diqqət və qayğının bariz təzahürüdür. Daha 4 məktəb binası isə yeni tədris ilinin başlanğıcına qədər istifadəyə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.