REGİONLAR


İsmayıllıda 15 tonadək süfrə üzümü yığılıb

İsmayıllı, 4 avqust, AZƏRTAC

İsmayıllı rayonunda üzüm yığımına başlanılıb və qısa vaxtda 15 tonadək süfrə üzümü toplanıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, məhsul yığımı hazırda Kürdmaşı və Aşıqbayramlı inzibati ərazi dairələrində “Aspiland” MMC-yə məxsus plantasiyalarda, habelə fiziki şəxslərə məxsus bağlarda aparılır. İlkin olaraq daha tez yetişən “prima” və “kardinal” süfrə sortlu üzüm yığılır. Məhsul yığımı üçün hər gün sahələrə 50 nəfərə yaxın işçi qüvvəsi çıxır. Yığılan süfrə üzümü birbaşa yerli bazarlara çıxarılır.

Qeyd edək ki, üzümçülük İsmayıllıda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Hazırda bölgədə 1096,3 hektar üzüm bağı var ki, bunun da 1006 hektarı bar verəndir. Cari mövsümdə plantasiyalarda bol məhsul yetişdirilib. Mütəxəssislər 10 min tonadək məhsulun istehsal olunacağını proqnozlaşdırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.