REGİONLAR


İsmayıllıda 60 ton quru tütün yarpağının tədarük olunması gözlənilir

İsmayıllı, 23 sentyabr, AZƏRTAC 

İsmayıllı rayonunda tütün yarpağının dərimi davam edir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tütünçülük 8 inzibati ərazi dairəsində geniş yayılıb. Topçu, Qurbanəfəndi, Talıstan ərazi dairələrində cari mövsümdə yüksək məhsul gözlənilir. Təkcə Topçuda Aliza Əhmədovanın ailə-fermer təsərrüfatında 4 hektar tütün sahəsi var. Ailə-fermer təsərrüfatı indiyədək həmin sahədən 5 ton quru tütün yarpağı təhvil verib. Hazırda yarpaq dərimi və qurudulması davam etdirilir. Daha 3 ton quru tütün yarpağı istehsalı gözlənilir.

Qeyd edək ki, ölkəmizdə aqrar sektorda aparılan islahatlar, sahibkarlar üçün yaradılan əlverişli şərait 2016-cı ildən İsmayıllı rayonunda da vaxtilə ənənəvi sahə olan tütünçülüyün inkişafına güclü təkan verib. Rayonda 30 hektar sahədə tütün əkilib. Cari mövsümdə məhsul verən tütün sahəsi 8 hektar artıb. Ötən il 42 tona yaxın quru tütün yarpağı istehsal olunan bölgədə cari mövsümdə mütəxəssislər 60 ton məhsul götürüləcəyini proqnozlaşdırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.