REGİONLAR


İsmayıllıda 7 min 450 tondan çox tərəvəz məhsulları istehsal olunub

İsmayıllı, 29 noyabr, AZƏRTAC

İsmayıllı rayonunda cari ildə 753 hektar sahədə tərəvəz bitkiləri əkilmişdi və artıq məhsul yığımı başa çatıb.

Bu barədə rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tərəvəz əkini sahəsinin hər hektarından 99 sentner olmaqla 7 min 456 ton məhsul istehsal edilib. Məhsuldarlıq ötən illə müqayisədə 0,20 sentner çoxdur. Rayon ərazisində daha çox xiyar (194 hektar) və pomidor (159 hektar) əkilmişdi ki, bu da ümumi tərəvəz sahələrinin 47 faizini təşkil edir.

Tərəvəz əkinləri əsasən rayonun suvarma suyu ilə təminatı daha yaxşı olan Kürdmaşı, Qalınçaq kəndlərində və İsmayıllı şəhər ərazisində aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.