REGİONLAR


İsmayıllıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli bayram tədbiri keçirilib

İsmayıllı, 29 dekabr, AZƏRTAC 

İsmayıllı rayonunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli bayram tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və başqaları çıxış edərək, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə iştirakçıları təbrik ediblər. Çıxışlarda vurğulanıb ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü bütün ölkələrdə yaşayan soydaşlarımızı birləşdirən həmrəy, həmfikir edən, onları Vətənimizin daha da çiçəklənməsi üçün birgə fəaliyyət göstərməyə çağıran tarixi bir gündür. Bu gün hər bir azərbaycanlıda böyük sevinc, səmimi duyğular oyadır.

Bayram tədbirində fərqlənən bir qrup rayon sakininə mükafatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.