REGİONLAR


İsmayıllıda Gəncə terroru qurbanlarının xatirəsi yad olunub

İsmayıllı, 13 oktyabr, AZƏRTAC

İsmayıllıda ötən il Vətən müharibəsində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində həlak olan dinc sakinlərin xatirəsi yad edilib. Gəncə beş dəfə ballistik raketlərlə atəşə tutulub, 26 mülkü şəxs həlak olub, 175 nəfər yaralanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyəti tərəfindən İsmayıllı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən mərasimdə ictimaiyyət nümayəndələri, gənclər iştirak ediblər. Mərasimdə terror hadisəsini əks etdirən fləşmob keçirilib, havaya göyərçinlər və ağ şarlar buraxılıb. Məktəblilər tərəfindən hazırlanan və sərgilənən qanlı terror hadisəsini əks etdirən fotoların qarşısına çiçək dəstələri düzülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.