İsmayıllıda “Heydər Əliyev və çağdaş Azərbaycan” adlı rəsm müsabiqəsi keçirilib
AzerTAg.az
İsmayıllı, 7 may, AZƏRTAC
İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində yeniyetmə və gənclər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə “Heydər Əliyev və çağdaş Azərbaycan” adı ilə rəsm müsabiqəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müasir və inkişaf edən Azərbaycanımız barədə təsəvvürlərini və gələcəklə bağlı arzularını fırça ilə ifadə edən yeniyetmə və gənclərin rəsmlərinə baxış keçirilib, müsabiqənin qalibləri müəyyənləşdirilib. Birinci yerə Almarə Rəhman qızı İsgəndərova, ikinci yerə Nuray Elburus qızı Babayeva, üçüncü yerə isə Asim Gündüz oğlu Osmanlı layiq görülüblər. Müsabiqənin qalibləri mükafatlandırılıb.




Xəbərin mətnində orfoqrafik səhv var