REGİONLAR


İsmayıllıda Milli Qurtuluş Günü qeyd olunub

İsmayıllı, 15 iyun, AZƏRTAC 

Azərbaycanın müstəqillik tarixinin əsas səhifəsini təşkil edən 15 iyun – Milli Qurtuluş Günü İsmayıllıda silsilə tədbirlərlə qeyd olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 14–də şəhər mədəniyyət mərkəzində ictimaiyyətin çoxsaylı nümayəndələrinin iştirakı ilə təntənəli yığıncaq keçirilib.

İştirakçılar əvvəlcə Azərbaycanın böyük oğlu, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin şəhərin mərkəzində ucalqılmış abidəsini ziyarət edərək önünə çiçəklər düzüblər. Sonra mədəniyyət mərkəzinin foyesində Ulu Öndərin xalqımız qarşısındakı tarixi xidmətlərini, həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış olub.

Təntənəli yığıncaq Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Rayon icra hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova “Milli Qurtuluş Günü dövlətçiliyimizin yaranmasının və xilasının əsasını təşkil edir” mövzusunda məruzə ilə çıxış edib.

Sonra çıxışlar dinlənilib. Məruzə və çıxışlarda ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda gedən ictimai-siyasi proseslər, erməni təcavüzü, xarici qüvvələrin ölkəmizin parçalanması istiqamətində məkrli planları bir daha diqqətə çatdırılaraq ətraflı təhlil edilib. Qeyd olunub ki, belə bir vəziyyətdə xalqın ümid bəslədiyi ümummilli lider Heydər Əliyevə müraciət edilib. Ulu Öndərin yenidən hakimiyyətə gəlməsi ilə ölkədə sabitlik bərpa olunub, dövlət quruculuğuna, iqtisadi inkişafa start verilib və uğurlu nəticələr qazanılıb.

Natiqlər milli qurtuluşun bu gün Azərbaycana bəxş etdiyi azad, firavan həyat üçün təməl olduğunu diqqətə çatdırıblar. Vurğulanıb ki, ölkəmiz bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla addımlayacaq.

Sonra məktəblilər Ulu Öndərə, doğma Azərbaycana həsr edilən şeirlər söyləyiblər.

Tədbir Şamaxı, Qobustan və İsmayıllıdan olan muğam ifaçılarının maraqlı konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.