REGİONLAR


İsmayıllıda “Şuşa İli”nə həsr olunan intellektual oyun keçirilib

İsmayıllı, 20 may, AZƏRTAC

İsmayıllıda Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, rayon Gənclər və İdman İdarəsinin, İsmayıllı Regional Gənclərin Resurs Mərkəzinin birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunan “Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə yarış keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışdan öncə Dövlət Himni səsləndirilib, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhadətə yüksələn şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra yarış başlanıb. Məktəblilər arasında bilik və intellektlərin yarışdığı oyun gərgin və maraqlı keçib.

Yarışın yekun nəticəsinə əsasən Cülyan kənd tam orta məktəbin komandası I yeri tutaraq İsmayıllı çempionu adını qazanıb. II yeri Diyallı, III yeri isə Talıstan məktəbləri qazanıblar. Qaliblər diplom, medal və kubokla mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.