REGİONLAR


İsmayıllıda "Ruhlandıran diskussiyalar" adlı layihənin təqdimatı olub

İsmayıllı, 3 oktyabr, AZƏRTAC

Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin akt zalında Elm və Təhsil Nazirliyinin keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə Vl qrant müsabiqəsində qalib gələn "Ruhlandıran diskussiyalar" adlı layihənin təqdimatı olub. Bu münasibətlə təşkil olunan tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayon təhsil sektorunun əməkdaşları, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və məktəbəqədər təhsil qrupunun tələbələri, “İsmayıllı xəbərləri” qəzetinin redaktoru, ümumtəhsil məktəblərinin psixoloqları, şəhər 6 nömrəli məktəbin müəllim və şagirdləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Ruhlandıran diskussiyalar" layihəsinin rəhbəri, şəhər 6 nömrəli tam orta məktəbin psixoloqu Ruslan Kamilov layihənin məqsədi və layihə çərçivəsində həyata keçiriləcək tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verib. Qeyd edib ki, şagirdlərin özünü ifadə və özünə inam qabiliyyətini inkişaf etdirmək üçün ruhlandıran diskussiyaların təşkil olunması bu layihənin əsas məqsədini təşkil edir. Psixoloq, habelə layihə çərçivəsində təlimlərin, “Oxu, hiss et, danış” adlı informativ tədbirin və ən yaxşı təqdimat müsabiqəsinin keçiriləcəyini vurğulayıb.

Tədbirdə çıxış edən Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Təhsil Şöbəsinin əməkdaşları, şəhər 6 nömrəli məktəbin direktoru, Əməkdar müəllim Qalib Bəşirov və başqaları layihənin əhəmiyyətindən söz açıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə ilə bağlı maarifləndirici bukletlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.