REGİONLAR
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi:bir nəfər ölüb, iki nəfər yaralanıb VİDEO
İsmayıllı, 24 sentyabr, AZƏRTAC
İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Bizlan kəndi ərazisində olub. Belə ki, Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Azər Qədirli idarə etdiyi “Mitsubishi” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq dərəyə aşıb. Hadisə zamanı avtomobildə olan anası, 1957-ci il təvəllüdlü Qədirli Əliyyə Bahadur qızı aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Əliyyə Qədirlinin cəsədi müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Hadisə zamanı sürücü Azər Qədirli və oğlu 2015-ci il təvəllüdlü Qədirli Uğur İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]