REGİONLAR


İsmayıllıda aqrar sektorda məhsul istehsalı artıb

İsmayıllı, 26 aprel, AZƏRTAC

İsmayıllı rayonunda 2022-ci ilin birinci rübündə aqrar sahədə məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz artıb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, cari ilin yanvar-mart aylarında nominal qiymətlərlə 14 milyon 374,8 min manat həcmində kənd təsərrüfatı məhsulu buraxılıb. Bu göstərici 2021-ci ilin müvafiq dövrünün göstəricilərindən 1 milyon 534,1 min manat çoxdur. Cari ilin birinci rübündə ümumi məhsul buraxılışı əsasən kənd təsərrüfatının heyvandarlıq sahəsinin payına düşüb.

2022- ci ilin yanvar-mart aylarında diri çəkidə 1343 ton ət, 9143 ton süd, 2,8 milyon ədəd yumurta istehsal olunub. Keçən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1 ton, süd istehsalı 7 ton, yumurta istehsalı 5 min ədəd artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.