REGİONLAR


İsmayıllıda arpa zəmilərindən 31 sentnerdən çox məhsul götürülür

İsmayıllı, 8 iyun, AZƏRTAC

İsmayıllı rayonunun cənub ərazilərində arpa biçininə başlanıb və ilk günlərdə zəmilərin hər hektarında orta məhsuldarlıq 31,4 sentnerdir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 30 min 377 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 22 min 165 hektarı buğda, 7 min 712 hektarı isə arpadır. Məhsulun tez və itkisiz biçilməsi üçün lazımi hazırlıq işləri aparılıb. Biçinə hüquqi və fiziki şəxslərə məxsus 50-dək kombayn cəlb edilib. Biçin kampaniyasına Qubaxəlilli ərazi icra nümayəndəliyində başlanılıb. Sabahdan etibarən kombaynlar Çəraybəyli, Zərnava, Kəlbənd ərazilərində də zəmilərə çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.