CƏMİYYƏT
İsmayıllıda avtomobil elektrik dirəyinə çırpılıb, sürücü həlak olub
Bakı, 20 yanvar, AZƏRTAC
İsmayıllıda avtomobil elektrik dirəyinə çırpılıb, sürücü həlak olub.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, İsmayıllı-Bakı yolunun 4-cü kilometrliyində, İsmayıllı rayonu ərazisində VAZ markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılıb.
“Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1994-cü il təvəllüdlü Şəmiyev Sənan Azər oğlunun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:20-də başa çatıb”, - deyə məlumatda bildirilir.