REGİONLAR


İsmayıllıda avtomobili sel aparıb VİDEO

İsmayıllı, 17 may, AZƏRTAC

İsmayıllı rayonu ərazisində çaya gələn güclü sel avtomobili aparıb, sürücü çətinliklə xilas olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gecə Girdiman çayında baş verib. Belə ki, rayonun Zərnava kənd sakini, 1988-ci il təvəllüdlü Zamiq Tofiq oğlu Ağayev idarə etdiyi 99-MV-259 dövlət nömrə nişanlı "UAZ" markalı avtomobillə Girdiman çayından keçərək kəndə gedərkən qəflətən güclü sellə qarşılaşıb. O, avtomobili çaydan çıxara bilməyib. Sel avtomobili bir neçə dəfə aşıraraq aparıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alsa da, suda boğulmaqdan xilas olub. Belə ki, təsadüfən hadisəni görən insanların köməyi ilə sudan çıxarılıb və İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.