REGİONLAR


İsmayıllıda baş verən ağır yol qəzasında üç nəfər ölüb VİDEO

İsmayıllı, 26 yanvar, AZƏRTAC

Yanvarın 26-da Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu ilə “VAZ 2106” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində hər iki avtomobil zərbənin təsirindən yoldan çıxaraq aşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində “VAZ 2106” markalı minik avtomobilinin sürücüsü İlham Quliyev, onun həyat yoldaşı İlahə Quliyeva və azyaşlı qızı Aysu Quliyeva ölüblər. Ailənin digər üzvü Elcan Quliyev isə xəsarət alıb.

Qəza zamanı “Mercedes-Benz” markalı sərnişin mikroavtobusunda xəsarət alan şəxslər - Bakı şəhər sakinləri 1990-cı il təvəllüdlü Əhmədova Vüsalə Musa qızı, 1959-cu il təvəllüdlü Suvar Ramazanova Şahbazovna, 1975-ci il təvəllüdlü Aslanova Xatirə Rafiq qızı, 2007-ci il təvəllüdlü Aslanov Əli Etibar oğlu, həmçinin 2009-cu il təvəllüdlü Quliyev Elcan İlham oğlu İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Digər yaralılar təcili tibbi yardım avtomobilləri ilə ətraf rayonların xəstəxanalarına aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.