REGİONLAR
İsmayıllıda baş verən yanğın söndürülüb
İsmayıllı, 22 noyabr, AZƏRTAC
Bu gün səhər saat 7 radələrində İsmayıllı şəhərinin kərpiczavod adlanan ərazisindəki sahibkar Ramal Səfərova məxsus taxta emalı sexində və sexə bitişik heyvandarlıq fermasında baş verən yanğın söndürülüb.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 22 kub taxtanın olduğu sexin və 30 ton otun qapalı yerlərdə olması yanğınsöndürənlərin işini son dərəcə çətinləşdirib. FHN İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin 30 nəfər şəxsi heyəti 3 yanğınsöndürən maşının köməyi ilə yanğının söndürülməsinə xeyli vaxt sərf edib. Nəhayət, axşamüstü saat 17 radələrində yanğın tam söndürülüb.
Hazırda hadisənin səbəbləri araşdırılır, habelə dəymiş zərər müəyyənləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]