REGİONLAR


İsmayıllıda cari mövsümdə 11 min tona yaxın kartof istehsalı gözlənilir

İsmayıllı, 20 iyun, AZƏRTAC

İsmayıllı rayonunda kartof yığımına başlanılıb və ilkin olaraq cənub ərazilərdə, o cümlədən Gəraybəyli, Kəlbənd, Qubaxəlilli, Kürdmaşı ərazi dairələrində yetişdirilən məhsul toplanır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari mövsümdə 726 hektar sahədə kartof yetişdirilib. Qısa vaxtda 30 hektarın məhsulu yığılıb və 500 tona yaxın kartof götürülüb. Yığılan məhsul yerli bazara, habelə Bakı və Sumqayıt bazarlarına çıxarılır.

Qeyd edək ki, kartofçuluq İsmayıllıda ənənəvi təsərrüfat sahəsidir. Öz dadı və keyfiyyəti ilə seçilən İsmayıllı kartofuna yerli bazarlarda tələbat heç də az deyil. Buna görə də ailə büdcəsinə xeyli gəlir gətirən kartofçuluğa maraq getdikcə artır. Mütəxəssislər cari mövsümdə rayonda 11 min tona yaxın kartof istehsal olunacağı qənaətindədirlər. Tədarük olunan məhsulun təxminən 6-7 min tonu rayonun tələbatını ödəyir. Qalan məhsul isə respublikanın bazarlarına çıxarılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.