REGİONLAR


İsmayıllıda cins buzova görə heyvan sahiblərinə 168 min 100 manat subsidiya verilib

İsmayıllı, 4 yanvar, AZƏRTAC

Yenicə yola saldığımız 2018-ci ildə İsmayıllı rayonunda heyvan sahiblərindən 1246 nəfərə süni mayalama yolu ilə alınmış 1681 baş cins tərkibi yaxşılaşdırılmış buzova görə 168 min 100 manat subsidiya verilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cins tərkibi yaxşılaşdırılmış buzova görə verilən subsidiyanın məbləği 2017-ci illə müqayisədə 47 min 100 manat çoxdur.

Qeyd edək ki, son illər bölgədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, daha məhsuldar heyvanlarla əvəz edilməsi istiqamətində ardıcıl iş aparılır. Bunun üçün süni mayalanmanın imkanlarından istifadə olunur. Təkcə ötən il 3787 baş iribuynuzlu mal-qarada süni mayalama aparılıb ki, bu da 2017-ci ildəkindən 153 baş artıqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.