REGİONLAR


İsmayıllıda cüdo üzrə açıq rayon birinciliyində 266 idmançı mübarizə aparıb

İsmayıllı, 4 dekabr, AZƏRTAC 

İsmayıllı Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının təsdiq etdikləri əsasnaməyə uyğun olaraq, ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan cüdo idman növü üzrə 2007-2008-ci il və 2009-2010-cu il təvəllüdlü idmançılar arasında açıq rayon birinciliyi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açıq birincilikdə İsmayıllı, Şamaxı, Qobustan, Qəbələ, Oğuz, Gəncə və Bakıdan olan 266 idmançı öz gücünü sınayıb.

Yarışlardan əvvəl məşqçi müəllim Əkbər Şəfaqətov, gənclər və idman idarəsinin rəis müavini Rauf Rəcəbov çıxış edərək ulu öndər Heydər Əliyevin zəngin həyatı, ictimai-siyasi fəaliyyəti, Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizə barədə ətraflı danışıb, idmançılara uğurlar arzulayıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmalarda hər çəki dərəcəsində qalib gələrək I, II və III yerləri qazanan idmançılar gənclər və idman idarəsinin diplom və medalları ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.