İsmayıllıda əsas kapitala yönəldilən investisiyanın həcmi artıb
AzerTAg.az
İsmayıllı, 27 yanvar, AZƏRTAC
İsmayıllı rayonunda 2021-ci ildə iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala 48 milyon 25,7 min manat investisiya yönəldilib ki, bu da əvvəlki illə müqayisədə 1 milyon 33 min manat və ya 2,2 faiz çoxdur.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, investisiyanın 39 milyon 656,1 min manatı və ya 82,6 faizi dövlət mülkiyyətinin, 8 milyon 369,6 min manatı və ya 17,4 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür.
Ötən il rayonda əsas kapitala yönəldilən investisiyanın 37 milyon 597 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Bu sahəyə yönəldilən investisiyanın həcmi inişilki göstəricidən 959 min manat çox olub.

Xəbərin mətnində orfoqrafik səhv var