REGİONLAR


İsmayıllıda evlərdən mobil telefonları oğurlayan keçmiş məhkum tutulub

İsmayıllı, 6 dekabr, AZƏRTAC

İsmayıllı şəhəri ərazisində yerləşən 2 evdən oğurluq edilib. Gecə saatlarında evlərə daxil olan naməlum şəxs ümumi dəyəri 3000 manatdan artıq olan 3 mobil telefonu və elektron qol saatını oğurlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilir ki, daxil olmuş məlumat əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində başqasının əmlakını gizli olaraq talayan şəxsin rayonun Topçu kənd sakini, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Əfqan Babayev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. İlkin araşdırma zamanı saxlanılan şəxsin oğurladığı mobil telefonları Bakı şəhərində ayrı-ayrı şəxslərə satdığı məlum olub. Davam etdirilən tədbirlərlə həmin telefonlar da maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Əfqan Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.