REGİONLAR


İsmayıllıda fındıq bağlarından 283 ton məhsul yığılıb

İsmayıllı, 15 oktyabr, AZƏRTAC

İsmayıllı rayonunda fındıq yığımı başa çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son illər fındıqçılığa maraq artıb. Təsadüfi deyil ki, bağların sahəsi ildən-ilə genişləndirilir. Artıq bölgədə fındıq bağlarının sahəsi 2004 hektara çatıb. Bunun 87 hektarı barverəndir. Cari mövsümdə bağbanlar bağlardan 283 ton fındıq götürüblər ki, bu da ötən ildəkindən 2 ton çoxdur.

Ən çox məhsul İsmayıllı şəhər və Topçu kənd inzibati ərazi dairələrindəki fındıq bağlarından əldə olunub. Yığılan məhsul elə sahələrdə satılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.