REGİONLAR
İsmayıllıda fındıq yığılır
İsmayıllı, 9 sentyabr, AZƏRTAC
İsmayıllı rayonunda fındıq yığılır və indiyədək bağlardan 100 tondan çox məhsul toplanıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, artıq İsmayıllıda fındıq bağlarının sahəsi 1615,7 hektara çatdırılıb. Bu bağlardan 87 hektarı bar verəndir. Fındıq yığımında bütün təbii iqlim şəraitinə malik olan, yetişdirilən məhsullarının öz dadı və keyfiyyəti ilə seçilən Topçu, Qurbanəfəndi ərazi vahidləri, habelə İsmayıllı şəhəri və ətraf ərazilər öndə gedir.
Qeyd edək ki, bölgədə bu il bağlardan 310 ton fındıq gözlənilir. Bu da ötən il istehsal olunan məhsuldan 50 ton artıqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]