REGİONLAR


İsmayıllıda futbol çempionatının qalibləri mükafatlandırılıblar

İsmayıllı, 13 iyun, AZƏRTAC 

İsmayıllıda rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Milli Qurtuluş Gününə həsr olunan futbol çempionatı başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyun ayının 5-dən start götürən çempionatda 10 komanda iştirak edib.

Çempionatın final yarışı İsmayıllı Olimpiya İdman Kompleksində “Babadağ” və Hacıhətəmli bələdiyyəsinin komandaları arasında keçirilib. Hacıhətəmlinin futbol komandası çempion adını qazanıb. İkinci pillədə “Babadağ” komandası qərar tutub, üçüncü yeri isə “Aşağıbaş” komandası qazanıb.

Qaliblərə kubok, diplom və medallar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.