CƏMİYYƏT


İsmayıllıda gənclər arasında breyn-rinq yarışı keçirilib

Bakı, 15 oktyabr, AZƏRTAC

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin, rayonun intellektual oyunlar klubunun birgə təşkilatçılığı ilə 18 oktyabr - Azərbaycan Dövlət Müstəqilliyi Günü münasibətilə gənclər arasında breyn-rinq yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda rayonun orta ümumtəhsil məktəblərinin şagirdlərindən, İsmayıllı Humanitar və Texnologiya Kollecinin, Peşə Tədris Mərkəzinin tələbələrindən ibarət komandalar iştirak ediblər.

On üç komandanın qatıldığı maraqlı mübarizənin sonunda qalib gələn komandalar İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.