REGİONLAR


İsmayıllıda gənclər üçün “Komanda işi” adlı təlim keçirilib

İsmayıllı, 11 avqust, AZƏRTAC

İsmayıllı rayonunda "İnkişafa mərkəzdən başla!" layihəsi çərçivəsində gənclər üçün “Komanda işi” adlı ilk təlim keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlim çərçivəsində gənclərə "Komanda işi", "Komanda ruhu", "Komanda dəyərləri", "Komanda işinin müsbət tərəfləri", "Komandada liderlik və motivasiya" mövzuları haqqında ətraflı bilgilər verilib.

Beynəlxalq Əmək Təşkilatlarının təlim proqramının və "Peşəkar İnkişaf Təlimləri"nin iştirakçısı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən nümayəndəliyinin direktoru Şahin Qarakişiyev tərəfindən keçirilən tədbir maraqlı qrup işləri və enercayzerlərlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.