REGİONLAR


İsmayıllıda gənclər üçün günərzi yay düşərgəsi təşkil edilib

İsmayıllı, 19 avqust, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə avqustun 19-da İsmayıllıdakı Heydər Əliyev adına parkda rayon Gənclər və İdman İdarəsi tərəfindən günərzi yay düşərgəsi təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, proqrama əsasən, açılış mərasimindən sonra düşərgə iştirakçılarına Uşaq və Ailələrə Dəstək Mərkəzinin məsul əməkdaşı Nərgiz Əlövsətli tərəfindən “Erkən nikahın fəsadları və ona qarşı mübarizə” mövzusunda təlim keçirilib.

Asudə vaxtın səmərəli təşkili məqsədilə keçirilən intellektual-əyləncəli oyunlar, idman növləri üzrə müxtəlif yarışlar düşərgə iştirakçıları tərəfindən maraqla qarşılanıb. Düşərgədə, habelə kamp təcrübəsi, çadırların qurulması və yığılması təlimi keçirilib.

Sonda düşərgə iştirakçılarının İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil olunub.

Düşərgədə 40 fəal gənc iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.