CƏMİYYƏT


İsmayıllıda göldə batan gənc oğlanın meyiti tapılıb

İsmayıllı, 4 may, AZƏRTAC

İsmayıllı rayonunun Topçu kəndində bədbəxt hadisə baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 4-də günün ikinci yarısında rayonun Topçu kənd sakini, 1993-cü il təvəllüdlü Həzi Hamlet oğlu Zərbəliyev dostları ilə kənd ərazisində təsərrüfat işləri üçün salınan süni göldə çimərkən ehtiyatsızlıq üzündən suda batıb. Həzi Zərbəliyevin cəsədi axşam saatlarında hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və ailəsinə təhvil verilib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Həzi Zərbəliyev bir ay öncə ailə həyatı qurmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.