İsmayıllıda hər gün taxıl zəmilərinə 70-dən çox kombayn çıxarılır
AzerTAg.az
İsmayıllı, 4 iyul, AZƏRTAC
İsmayıllı rayonunda taxıl biçini davam edir və artıq 5 icra nümayəndəliyində - Gəraybəylidə, Kürdmaşıda, Kəlbənddə, Aşıqbayramlıda, Zərnavada biçin başa çatıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, İsmayıllıda cari mövsümdə 31 min 42 hektar sahədə taxıl yetişdirilib. Sahələrin 22 min 495 hektarı buğda, qalanı isə arpadır. Hazırda hər gün zəmilərə 70-dən çox kombayn çıxarılır. Artıq sahələrin 9025 hektarı biçilib. İki ərazi dairəsində bir neçə gündə 545 hektar sahənin məhsulu biçilib. Hər hektardan orta məhsuldarlıq 33.6 sentnerdir.
Qeyd edək ki, rayonda bu mühüm strateji məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbərliyə alınıb.

Xəbərin mətnində orfoqrafik səhv var