REGİONLAR


İsmayıllıda icbari tibbi siğorta ilə əlaqədar maarifləndirici tədbir keçirilib

İsmayıllı, 5 avqust, AZƏRTAC

İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şamaxı filialının birgə təşkilatçılığı ilə “İcbari tibbi sığorta” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə RİH başçısının müavini Sevil Əhmədova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şamaxı filialının rəhbəri Elşən Rəcəbov, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısının müavini Sevil Əhmədova Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin sağlamlığının qorunmasına göstərdikləri diqqət və qayğıdan, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən, həyata keçirilən islahatlardan danışıb. Bu sahədə icbari tibbi sığortanın əhəmiyyətini qeyd edən Sevil Əhmədova bununla əlaqədar vətəndaşlar arasında ciddi maarifləndirməyə ehtiyac olduğunu da diqqətə çatdırıb.

Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şamaxı filialının rəhbəri Elşən Rəcəbov təqdimatla çıxış edərək “İcbari tibbi sığorta haqları”, “Xidmətlər zərfində təminat verilən tibbi xidmətlər”, “TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri”, “Tibbi xidmətlərdən istifadə qaydası”, “Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri” və “Özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası”na dair geniş açıqlamalar verib.

Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Vidadi Rəhimov çıxış edərək icbari tibbi sığortanın üstünlükləri barədə danışıb. Bildirib ki, tibbi sığorta üçün müraciət edən xeyli vətəndaş aidiyyəti üzrə xəstəxanalara yönləndirilərək tibbi sığorta xidmətindən yararlanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.