REGİONLAR


İsmayıllıda indiyədək 1350 hektardan çox sahədə yazlıq bitkilər əkilib

İsmayıllı, 8 aprel, AZƏRTAC

İsmayıllı rayonunda yazlıq bitkilərin əkini davam edir və artıq 1350 hektardan çox sahədə əkin aparılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yazlıq əkinlər daha çox cənub dağətəyi ərazilərdə, o cümlədən Qubaxəlilli, Gəraybəyli, Kəlbənd, Kürdmaşı yaşayış məntəqələrinin ərazilərində aparılır. Ümumiyyətlə, rayonda indiyədək 733 hektarda kartof, 241 hektarda tərəvəz, 314 hektarda yemlik noxud, 62 hektarda vələmir və sair əkilib.

Cari mövsümdə 20 hektar sahədə tütün əkiləcək. Əkin aparılacaq ərazilərdə şum da çıxarılıb. Habelə şitillik hazırlanıb, istixanalara toxum səpilib. Qurbanəfəndi və Topçu kəndlərindəki istixanalarda səpilən toxumlardan artıq bitiş alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.