REGİONLAR


İsmayıllıda karantin qaydalarına nəzarətlə bağlı reydlər davam edir

İsmayıllı, 1 avqust, AZƏRTAC

İsmayıllı rayonunda koronavirus pandemiyasına qarşı tətbiq olunan karantin rejimi qaydalarına vətəndaşlar tərəfindən riayət olunmasına nəzarət məqsədilə keçirilən reydlər davam edir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, modul qruplar tərəfindən gün ərzində ticarət və iaşə obyektlərinə, insanların sıx toplaşdıqları yerlərə keçirilən reydlər zamanı maarifləndirici söhbətlər aparılır, pandemiyanın yaratdığı və yarada biləcəyi təhlükələr izah edilir, pulsuz maskalar paylanılır.

Təkcə üç gün ərzində rayonda 700-dən çox obyektdə reyd keçirilib. Onlardan 21-nin sahibinə xəbərdarlıq olunub. Habelə karantin rejiminin qaydalarına əməl etməyən 600 nəfərdən çox vətəndaşa xəbərdarlıq edilib, 7 nəfərə cərimə protokolu yazılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.