REGİONLAR
İsmayıllıda karantin rejimini pozan çay evi aşkarlanıb
İsmayıllı, 5 may, AZƏRTAC
İsmayıllıda polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı rayon ərazisində karantin rejimi qaydalarının pozulduğu çay evi aşkarlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli İmran oğlu Ömərova məxsus çay evində xüsusi karantin rejiminə və sanitar-gigiyenik qaydalara zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi, habelə sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları müəyyən olunub. Karantin qaydalarının pozulduğu həmin obyektin sahibi və 17 müştəri ilə profilaktik söhbət aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib, barələrində protokol tərtib olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:31]
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]