REGİONLAR
İsmayıllıda kartof əkini sənaye üsulu ilə aparılır
İsmayıllı, 27 mart, AZƏRTAC
İsmayıllı rayonunda yazlıq kartof əkini sürətlə davam etdirilir və artıq 500 hektara yaxın sahədə əkin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kartof ən çox cənub dağətəyi ərazilərdə, o cümlədən Qubaxəlilli, Gəraybəyli, Qalagah, Talıstan və bir sıra digər ərazi vahidlərində əkilib. Əkilən sahələrin 150 hektarı müasir becərmə texnologiyalarını özündə birləşdirən sənaye üsulu ilə həyata keçirilib.
Qeyd edək ki, kartofçuluq rayonda təsərrüfatın ənənəvi sahələrindəndir. Ötən il 885 hektarda kartof yetişdirən və hər hektardan 117,7 sentner olmaqla, 10415 ton məhsul götürən torpaq mülkiyyətçiləri cari mövsümdə əkin sahələrini azı 900 hektara çatdırmaq əzmindədirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]