REGİONLAR
İsmayıllıda keçən il 815 daimi iş yeri açılıb
İsmayıllı, 13 fevral, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısı, bu sahədə Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları İsmayıllı rayonunda da iqtisadiyyatın şaxələndirilməsinə, yeni istehsal və emal müəssisələrinin açılmasına, nəticə etibarilə əhalinin məşğulluğuna səbəb olur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yola saldığımız 2018-ci ildə İsmayıllıda 1095 yeni iş yeri açılıb. Bunun da 815-i daimidir. Yeni fəaliyyətə başlayan müəssisə və təşkilatlarda 55, mövcud müəssisə və təşkilatlarda 334, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən isə 426 iş yeri yaradılıb.
Qeyd edək ki, il ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən iş adamlarına 22 layihə üzrə 2 milyon 247 min manat məbləğində güzəştli şərtlərlə kredit verilib, nəticədə 113 yeni iş yeri açılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]